Güneyqoruq

Güneyqoruq – keçmiş İrəvan quberniyasının Novo-Bəyazid qəzasında, sonralar keçmiş Axta (Hrazdan) rayonunun, hazırkı Kotayk vilayətinin ərazisində mövcud olmuş kənd. Dərəçiçək kəndinin yaxınlığında yerləşirdi.

XIX əsrin axırlarında 7 nəfər azərbaycanlı yaşamışdır. XX əsrin əvvəllərində kənd ləğv edilmişdir.

Toponim “cənub”, “gün düşən yer” mənasında işlənən güney sözü ilə “əkilmiş yerlər”, “istifadə edilməsi qadağan olunmuş mülkədar yerləri” mənasında işlənən “qoruq” sözündən əmələ gəlmişdir.