Güneypəyə – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasının, sonralar keçmiş Karvansara (İcevan) rayonunun, hazırkı Tavuş vilayətinin ərazisində mövcud olmuş qışlaq. Haqqıxlı (Hovk) kəndinə daxil olmuşdur. XX əsrin 30-cu illərində ləğv edilmişdir.
Toponim “gün düşən yer, cənub” mənasında işlənən “güney” sözü ilə “pəyə” (“tövlə” mənasında) sözünün birləşməsindən əmələ gəlmişdir.