Güney

Güney – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasının, sonralar keçmiş Gorus rayonunun, hazırkı Sünik vilayətinin ərazisində mövcud olmuş qışlaq. 1930-cu ildə ləğv edilmişdir.

Toponim Azərbaycan dilində “gün düşən yer” mənasında işlənən “güney” sözündən yaranmışdır.