Güney

Güney – keçmiş Qars vilayətinin Qars qəzasında, sonralar keçmiş Amasiya (Ağbaba) rayonunda, hazırda isə Şirak vilayəti ərazisində dağ. Çivinli (Yeğnacur) kəndindən şimal-qərbdə yerləşir. Hündürlüyü 2463 m-dir.

Toponim Azərbaycan dilində “cənub, gün düşən yer”, “gün tutan yer” mənasında işlənən “güney” sözündən əmələ gəlmişdir.