Günbəz

Günbəz – keçmiş İrəvan quberniyasının Abaran qəzasında, sonralar keçmiş Əştərək (Aştarak) rayonunun, hazırkı Araqatsotn vilayətinin ərazisində mövcud olmuş kənd. “İrəvan əyalətinin icmal dəftəri”ndə “Günbəzli” formasında qeydə alınmışdır.

1828-ci ilə kimi burada azərbaycanlılar yaşamışdır. Türkmənçay müqaviləsindən sonra, 1829–1830-cu illərdə burada Türkiyədən köçürülən ermənilər yerləşdirilmişdir. 1850-ci illərdə kənd ləğv edilmişdir. Hazırda xarabalıqdır.

Toponim “yarımkürə şəklində bina damı, qübbə” mənasında işlənən “günbəz” sözü əsasında əmələ gəlmişdir.