Günəş – keçmiş Tiflis quberniyasının Borçalı qəzasının, sonralar keçmiş Barana (Noyemberyan) rayonunun, hazırkı Tavuş vilayətinin ərazisində mövcud olmuş qışlaq. Ləmbəli (Baqrataşen) kəndinin yaxınlığında, Ləmbəli kəndi ilə Körpülü (Dzorakap) kəndinin arasında yerləşirdi.
1926-cı ildə burada 8 nəfər azərbaycanlı yaşamışdır. 1930-cu illərdə ləğv edilmişdir.
Toponim türkmənşəli günəş tayfasının adı əsasında əmələ gəlmişdir.