Güdqum – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonralar keçmiş Qafan rayonunda, hazırda isə Sünik vilayəti ərazisində kənd. Vilayət mərkəzi Qafan şəhərindən 4 km cənubda, dəniz səviyyəsindən 900 m hündürlükdə yerləşir. 1921-ci il avqustun 31-də Sovet Ermənistanında Zəngəzur qəzasının yaradılmasından sonra yaşayış məntəqəsi Ermənistanın inzibati ərazisinə daxil edilmişdir.
Kənddə əvvəlcə azərbaycanlılar yaşamış, ermənilərin bölgədə məskunlaşdırılmasından sonra əhalisi kəndi tədricən tərk etmişdir. Burada 1897-ci ildə ermənilərlə yanaşı 19 nəfər azərbaycanlı yaşamışdır. XXəsrin əvvəllərində, 1905–1906-cı illərdə azərbaycanlılar kənddən qovulmuşdur.
Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 29 iyun 1949-cu il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Geğanuş” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Sünik vilayətinin inzibati ərazisinə daxil edilmişdir.
Yerləşdiyi koordinatlar: 43°10′ şm. e., 46°25′ ş. u.