Gözəlli

Gözəlli – keçmiş İrəvan quberniyasının Novo-Bəyazid qəzasında, sonralar keçmiş Çəmbərək (Krasnoselsk) rayonunda, indi Geğarkunuk vilayəti ərazisində dərə. Toxluca (Draxtik) kəndinin şərqindədir.

Toponim Azərbaycan dilində “sulu, yaşıllıq yer, çəmənlik” mənasında işlənən “gözəl” sözünə “-li” şəkilçisinin artırılması ilə əmələ gəlmişdir.