Gözəldərə

Gözəldərə – keçmiş İrəvan quberniyasının Novo-Bəyazid qəzasında, sonralar keçmiş Qaranlıq (Martuni) rayonunda, hazırda isə Geğarkunik vilayəti ərazisində dağ. Gözəldərə kəndinin ərazisində yerləşir.

Toponim Azərbaycan dilində “gözəl görünüşlü, cəlbedici” mənasında işlənən “gözəl” sözü ilə relyef bildirən “dərə” sözünün birləşməsindən əmələ gəlmişdir.