Göytala

Göytala – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, hazırkı Dilican şəhəri yaxınlığında mövcud olmuş qışlaq.

1926-cı ildə burada 13 nəfər azərbaycanlı yaşamışdır. XX əsrin 30-cu illərində ləğv edilmişdir.

Toponim Azərbaycan dilində “yaşıllıq” mənasında işlənən “göy” sözü ilə “meşədə ağacsız, çılpaq yer, açıqlıq” mənasında işlənən “tala” sözünün birləşməsindən əmələ gəlmişdir.