Göykilsə

Göykilsə – keçmiş İrəvan quberniyasının İrəvan qəzasında, sonralar keçmiş Ellər (Kotayk, Abovyan) rayonunda, hazırda isə Kotayk vilayətində kənd. Vilayət mərkəzindən 47 km cənub-şərqdə, dəniz səviyyəsindən 1700 m hündürlükdə yerləşir. “İrəvan əyalətinin icmal dəftəri”ndə, Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.

Burada 1828-ci ilə kimi yalnız azərbaycanlı əhali yaşamışdır. Ermənilər bura 1828–1829-cu illərdə Türkiyədən köçürülmüşdür. Kənddə 1873-cü ildə 293 nəfər, 1886-cı ildə 333 nəfər, 1897-ci ildə 424 nəfər, 1914-cü ildə 890 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələrinin soyqırımına məruz qalaraq deportasiya edilmişdir. Burada 1922-ci ildə 94 nəfər, 1926-cı ildə 100 nəfər, 1931-ci ildə 170 nəfər azırbaycanlı yaşamışdır. SSRİ Nazirlәr Sovetinin “Kolxozçuların vә digәr azәrbaycanlı әhalinin Ermәnistan SSR-dәn Azәrbaycan SSR-in Kür-Araz ovalığına köçürülmәsi haqqında” 23 dekabr 1947-ci il tarixli qərarına əsasən əhalisi Azərbaycana köçürülmüşdür. Hazırda kənddə yalnız ermənilər yaşayırlar.

Toponim rəng bildirən “göy” sözü ilə “kilsə” sözünün birləşməsindən əmələ gəlmişdir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3 yanvar 1935-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Kaputan” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Kotayk vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°19′ şm. e., 44°41′ ş. u.