Göygöl

Göygöl – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonralar keçmiş Qafan rayonunda, hazırda isə Sünik vilayəti ərazisində göl. Suyu təmiz, şəffaf olduğuna və suyun rəngi göyə çaldığına görə “Göygöl” adlandırılmışdır. Sonralar adı hərfi tərcümə edilərək “Kapuyt lic” qoyulmuşdur.