Göydağ

Göydağ – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, hazırda isə Dilican şəhəri yaxınlığında dağ. Dilican şəhərindən 32 km şimal-şərqdə, Ağstafaçayın sağ sahilində yerləşir. Hündürlüyü 2350 m-dir.

Toponim Azərbaycan dilində “yaşıllıq, otluq” mənasında işlənən “göy” sözü ilə “dağ” sözünün birləşməsindən yaranmışdır.