Göyçə – keçmiş İrəvan quberniyasının Novo-Bəyazid qəzasında, sonralar keçmiş Kəvər (Yeni Bəyazid, Kamo) rayonunda, hazırda isə Geğarkunik vilayəti ərazisində çay. Göyçə gölünə tökülür.
Hidronim rəng mənasında (suyun təmizliyinə, mavi rəngdə olduğuna işarədir) işlənən “göy” sözü ilə “çay” sözünün qısaldılmış formasına (şəkilçiləşmiş forması) çevrilmiş “çə” sözünün birləşməsindən əmələ gəlmişdir.