Göyabas

Göyabas – keçmiş İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, sonralar keçmiş Paşalı (Əzizbəyov, Vayk) rayonunda, hazırkı Vayotsdzor vilayətinin ərazisində mövcud olmuş kənd. Paşalı yaşayış məntəqəsindən 15-17 km şimal-qərbdə, Herher çayının sahilində yerləşirdi.

Kənddə 1873-cü ildə 132 nəfər, 1886-cı ildə 165 nəfər, 1897-ci ildə 202 nəfər, 1904-cü ildə 223 nəfər, 1914-cü ildə 245 nəfər, 1916-cı nəfər 229 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələrinin hücumuna və kütləvi qırğınlarına məruz qoyulmaqla kənddən qovulmuşlar. Sonradan kənd ləğv edilmişdir. Hazırda xarabalıqdır.

Toponim rəng bildirən “göy” sözü ilə xəzərlərin “abas” etnonimindən əmələ gəlmişdir.