Göyərçin

Göyərçin – keçmiş İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, sonralar keçmiş Paşalı (Əzizbəyov, Vayk) rayonunda, hazırkı Vayotsdzor vilayətinin ərazisində mövcud olmuş kənd. Arpa çayının sahilində yerləşirdi.

Kənddə 1831-ci ildə 20 nəfər, 1873-cü ildə 48 nəfər, 1886-cı ildə 34 nəfər, 1897-ci ildə 84 nəfər, 1904-cü ildə 60 nəfər, 1914-cü ildə 66 nəfər, 1916-cı ildə 72 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələrinin hücumuna və kütləvi qırğınlarına məruz qoyulmaqla kənddən qovulmuşlar. İndiki Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra sağ qalan azərbaycanlılar öz doğma kəndlərinə qayıda bilmişdilər. 1930-cu ildə ləğv edilmişdir. Hazırda xarabalıqdır.

Toponim peçeneq türk tayfasının bir qolu olan “guyerçi” etnonimi əsasında əmələ gəlmişdir.