Gorus

Gorus – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında kənd. Sonralar keçmiş Gorus rayonunda, hazırda isə Sünik vilayətində şəhər. Vilayət mərkəzi Vanadzor (Böyük Qarakilsə) şəhərindən 69 km şimal-şərqdə, Bazarçay (Vorotan) çayının sol tərəfində, dəniz səviyyəsindən 1400 m hündürlükdə yerləşir. 1921-ci il avqustun 31-də Sovet Ermənistanında Zəngəzur qəzasının yaradılmasından sonra yaşayış məntəqəsi Ermənistanın inzibati ərazisinə daxil edilmişdir. 1930-cu il sentyabrın 9-da Zəngəzurda eyniadlı rayon yaradılmışdır. Erməni müəlliflərinin əsərlərində Gorusun XIII əsrdən xatırlandığı göstərilir. Erməni ədəbiyyatında “Qoris”, “Gerusi”, “Gorus” formalarında qeyd edilir.

Burada ermənilərlə yanaşı 1897-ci ildə 228 nəfər, 1926-cı ildə 51 nəfər, 1931-ci ildə 13 nəfər azərbaycanlı yaşamışdır. Gorus şəhərində yaşayan azərbaycanlılar XX əsrin 40-cı illərində tamamilə Ermənistan dövləti tərəfindən deportasiya olunmuşdur. Hazırda burada ermənilər yaşayırlar.

Toponim “gorus” (qoros, xoros) türk etnonimi əsasında əmələ gəlmişdir.

Hazırda erməni dillində rəsmi sənədlərdə yaşayış məntəqəsinin adı “Qoris” kimi yazılır “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Sünik vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 39°31′ şm. e., 46°20′ ş. u.