Gölyeri

Gölyeri – keçmiş Tiflis quberniyasının Borçalı qəzasının, sonralar keçmiş Barana (Noyemberyan) rayonunun, hazırkı Tavuş vilayətinin ərazisində mövcud olmuş qışlaq. Ləmbəli (Baqrataşen) kəndinin yaxınlığında yerləşmişdir. Sonralar Ləmbəli kəndinə birləşdirilmişdir.

Toponim “göl” və “yer” sözlərindən əmələ gəlmişdir.