Gölyand

Gölyand – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, sonralar keçmiş Çəmbərək (Krasnoselsk) rayonunun, hazırkı Geğarkunik vilayətinin ərazisində mövcud olmuş kənd. Murğuz dağının ətəyində yerləşirdi.

Kənddə əvvəlcə azərbaycanlılar yaşamış, ermənilərin bölgədə məskunlaşdırılmasından sonra əhalisi tədricən kəndi tərk etmişdir. Kəndin və qəbiristanlığın xarabalıqları hazırda mövcuddur.

Toponim “təbii su hövzəsi” mənasında işlənən “göl” sözü ilə türk dilində “yan, tərəf”, “dağın döşü, yamacı” mənasında işlənən “yan” sözü əsasında əmələ gəlmişdir.