Gığıçay

Gığıçay – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonralar keçmiş Qafan rayonunda, hazırda isə Sünik vilayəti ərazisində çay. Mənbəyini Qazangöl gölündən götürür. Zeyvə kəndi yaxınlığında Oxçu çayına qovuşur.

Hidronim “gığı” (kiği) türk etnonimini əks etdirir.