Genalı

Genalı – keçmiş İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, sonralar keçmiş Keşişkənd (Yeğeqnadzor) rayonunun, hazırkı Vayotsdzor vilayətinin ərazisində mövcud olmuş kənd. Arpa kəndindən 12 km şimal-şərqdə, Yelpin çayının sahilində, Yelpin kəndindən 6 km şimalda yerləşirdi. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.

Kənddə 1873-cü ildə 96 nəfər, 1886-cı ildə 125 nəfər, 1897-ci ildə 151 nəfər, 1904-cü ildə 169 nəfər, 1914-cü ildə 185 nəfər, 1916-cı ildə 216 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələrinin hücumuna və kütləvi qırğınlarına məruz qalaraq kənddən qovulmuşlar. İndiki Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra sağ qalan azərbaycanlılar öz doğma kəndlərinə qayıda bilmişdilər. Burada 1922-ci ildə 49 nəfər azərbaycanlı yaşamışdır. 1924–1925-ci illərdə azərbaycanlılar sıxışdırılaraq tamamilə qovulmuşlar. Kənd 1933-cü ildə xarabaya çevrilmişdir.

Toponimin birinci komponenti “gen” sözündən ibarətdir. Bu, “kənd” kəlməsinin qısalmış formasıdır. Toponimin 2-ci komponenti “Alı” şəxs adından ibarətdir. “Alıya məxsus kənd” mənasını ifadə edir.