Gavurqala

Gavurqala – keçmiş İrəvan quberniyasının İrəvan qəzasında, sonralar keçmiş Əştərək (Aştarak) rayonunun, hazırkı Araqatsotn vilayətinin ərazisində mövcud olmuş kənd. Nazırvan kəndinin şimal-şərqində yerləşirdi. 1905–1906-cı illərdə erməni silahlı dəstələrinin törətdikləri qırğınlar nəticəsində kənd xaraba qalmışdır.

Toponimin birinci komponentini təşkil edən “gavur” xalq arasında canavara verilən addır. Toponim “gavur” sözü ilə “qala” sözlərinin birləşməsindən əmələ gəlmişdir.