Gəzdək

Gəzdək – keçmiş Tiflis quberniyasının Borçalı qəzasının, sonralar keçmiş Barana (Noyemberyan) rayonunun, hazırkı Tavuş vilayətinin ərazisində mövcud olmuş qışlaq. Ləmbəli (Baqrataşen) sovetliyinə daxil idi.

Qışlaqda 1926-cı ildə 9 nəfər azərbaycanlı yaşamışdır. 1930-cu ildə Ləmbəli kəndi ilə birləşdirilərək ləğv edilmişdir.

Toponim Azərbaycan dilində “yüksək və orta dağ beli tirəsində enli yarıq”, “uçuq, batıq yer”, “aşırım, dağ çökəyi, dağın təpəsində çökək yer” mənasında işlənən “gəzdək” sözü əsasında əmələ gəlmişdir.