Gənzək

Gənzək – keçmiş İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, sonralar keçmiş Keşişkənd (Yeğeqnadzor) rayonunun, hazırkı Vayotsdzor vilayətinin ərazisində mövcud olmuş kənd. Amağu kəndinin yaxınlığında yerləşirdi. “İrəvan əyalətinin icmal dəftəri”ndə qeydə alınmışdır. Erməni mənbələrində kəndin adı “Qandzak” formasında qeyd edilir. XVIII əsrin II yarısına qədər yaşayış məntəqəsi kimi mövcud olmuşdur. Sonralar xarabalığa çevrilmişdir.

Toponim gencək türk tayfa adı əsasında əmələ gəlmişdir.