Gədikdağ

Gədikdağ – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonralar keçmiş Qarakilsə (Sisian) rayonunda, hazırda isə Sünik vilayəti ərazisində dağ. Qarakilsə rayonu ilə Azərbaycan ərazisi olan Naxçıvan Muxtar Respublikasının sərhədində yerləşir. Hündürlüyü 2705 m-dir.

Toponim Azərbaycan dilində “dağın beli, aşırım” mənasında işlənən “gədik” sözü ilə “dağ” sözünün birləşməsindən əmələ gəlmişdir.