Əyricə – keçmiş İrəvan quberniyasının Novo-Bəyazid qəzasının, sonralar keçmiş Çəmbərək (Krasnoselsk) rayonunun, hazırkı Geğarkunik vilayətinin ərazisində qışlaq. Toxluca (Draxtik) kəndinin yaxınlığında, Ağbulaq (Ağberk) kəndi ilə sərhəddə yerləşir. 1960-cı ildən sonra qışlaqda Toxluca kəndinin qoyun ferması yerləşirdi.
Toponim Azərbaycan dilində “bir qədər əyri” mənasında işlənən “əyricə” sözünün əsasında əmələ gəlmişdir.