Əyricə

Əyricə – keçmiş İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasının, sonralar keçmiş Keşişkənd (Yeğeqnadzor) rayonunun, hazırkı Vayotsdzor vilayətinin ərazisində yaylaq. Dərələyəz və Göyçə mahalları arasında, sərhəddə yerləşir.

Toponim Azərbaycan dilində “bir qədər əyri” mənasında işlənən “əyricə” sözü əsasında formalaşmışdır.