Əyricə

Əyricə – keçmiş İrəvan quberniyasının Novo-Bəyazid qəzasında, sonralar keçmiş Qaranlıq (Martuni) rayonunda, hazırda isə Geğarkunik vilayəti ərazisində dağ. Göyçə gölünün şərqində yerləşir. Hündürlüyü 2660 m-dir.

Toponim Azərbaycan dilində “azca, bir qədər əyri” mənasında işlənən “əyricə” sözü əsasında formalaşmışdır.