Əsəddüzü

Əsəddüzü – Zəngəzur sıra dağlarında, sonralar keçmiş Qafan rayonunda, hazırda isə Sünik vilayəti ərazisində dağ. Əlincə çayının sağ sahilindən zirvəyə doğru 9 km məsafədə yerləşir. Hündürlüyü 2000 m-dir.

Toponim şəxs adı ilə Azərbaycan dilində “düzənlik” mənasında işlənən “düz” sözünün birləşməsindən əmələ gəlmişdir.