Ehtiyatda olan polkovnik Novruzov Bayram Novruz oğlu

“Ermənilər uşaqlarına tərbiyə verəndə düşmənlərinin türk olması ideyası ilə başlayırlar. Biz azərbaycanlılar elə olmamışıq. Sumqayıt hadisələrini belə ermənilərin özləri törətmişdilər. Qərbi Azərbaycandan deportasiya olunanlara sovet vaxtı ancaq ulu öndər Heydər Əliyev dəstək oldu. Mən 1988-ci ildə hərbi xidmətdə idim. Qohum əqrəbalarım zülmlə özlərinə yuva qurdular. Bizim arzumuz ata-baba torpaqlarına getməkdir. Atam sovet zamanı ermənilərdən ələ keçirdiyi silahlardan elə ermənilərə qarşı istifadə etmişdir. Ona görə də atam qaçaq düşmüşdü.”