Ecanan

Ecanan – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonralar keçmiş Qafan rayonunda, hazırda isə Sünik vilayəti ərazisində çay. Baydaq kəndinin yaxınlığında Oxçu çayı ilə birləşir. Başlanğıcını 2700 m yüksəklikdə olan Bərgüşad sıra dağlarından götürür. Uzunluğu 27 km-dir.