Düzyurd – keçmiş İrəvan quberniyasının Novo-Bəyazid qəzasının, sonralar keçmiş Çəmbərək (Krasnoselsk) rayonunun, hazırkı Geğarkunik vilayətinin ərazisində qışlaq. Toxluca (Draxtik) kəndinin ərazisində yerləşir.
Toponim “düzən, çöl, düzəngah” mənasında işlənən “düz” sözü ilə “yaşayış yeri, məskən, ev-eşik” mənasında işlənən “yurd” sözünün birləşməsindən əmələ gəlmişdir.