Düzlər

Düzlər – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasının, sonralar keçmiş Şəmşəddin (Berd) rayonunun, hazırkı Tavuş vilayətinin ərazisində mövcud olmuş qışlaq. 1930-cu ildə ləğv edilmişdir.

Toponim Azərbaycan dilində relyef bildirən “düzən, düzənlik, çöl” mənasında işlənən “düz” sözünə “-lər” şəkilçisinin artırılması ilə yaranmışdır.