Düzkənd

Düzkənd – keçmiş İrəvan quberniyasının Eçmiədzin qəzasında, sonralar keçmiş Qurduqulu (Hoktemberyan) rayonunun, hazırkı Armavir vilayətinin ərazisində mövcud olmuş kənd. XX əsrin əvvəllərində kənd ləğv edilmişdir.

Toponim “düzən çöl, düzənlik” mənasında işlənən “düz” sözünə, “yaşayış yeri, şəhər” mənasında işlənən “kənd” sözünün artırılması əsasında əmələ gəlmişdir.