Düz

Düz – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasının, sonralar keçmiş Mehri (Meğri) rayonunun, hazırkı Sünik vilayətinin ərazisində mövcud olmuş qışlaq.

Qışlaqda 1926-cı ildə 2 nəfər azərbaycanlı yaşamışdır. 1930-cu illərdə ləğv edilmişdir.

Toponim Azərbaycan dilində “enişi, yoxuşu, çuxuru olmayan yer”, “düzən, çöl, düzəngah, düzənlik” mənasında işlənən “düz” sözü əsasında əmələ gəlmişdir.