Doyşancıq

Doyşancıq – keçmiş İrəvan quberniyasının Aleksandropol qəzasında, sonralar keçmiş Hamamlı (Spitak) rayonunda, hazırda isə Lori vilayəti ərazisində dağ. Rayondakı Qursalı (Arcahovit) kəndinin ərazisində yerləşir.

Toponim “dovşan” heyvan adı əsasında formalaşmışdır.