Dovşanqışlaq

Dovşanqışlaq – keçmiş İrəvan quberniyasının Aleksandropol qəzasında, sonralar keçmiş Ağin (Ani) rayonunda, hazırda isə Şirak vilayətində kənd. Vilayət mərkəzi Gümrü şəhərindən 20 km cənub-qərbdə, Arpaçayın yaxınlığında, dəniz səviyyəsindən 1510 m hündürlükdə yerləşir.

1828-ci ildən sonra İran və Türkiyədən köçürülüb gətirilən ermənilər bu kənddə yerləşdirilmişdir. Kəndin köklü sakinləri azərbaycanlılar mərhələ-mərhələ qovulmuşlar. 1918–1920-ci illərdə azərbaycanlılar erməni silahlıları tərəfindən tam surətdə kənddən deportasiya olunmuşlar. 1926-cı ildə burada cəmi 1 nəfər azərbaycanlı yaşamışdır.

“Dovşan” və “qışlaq” sözlərindən əmələ gəlmişdir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 19 aprel 1950-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Şirakavan” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Şirak vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°41′ şm. e., 43°44′ ş. u.