Dövri

Dövri – keçmiş İrəvan quberniyasının Eçmiədzin qəzasında, sonralar keçmiş Əştərək (Aştarak) rayonunun, hazırkı Araqatsotn vilayətinin ərazisində mövcud olmuş kənd. Qarnıyarıq dağının ətəyində yerləşirdi. Qafqazın beşverstlik xəritəsində, Z.Qorqodyanın əsərində kəndin adı “Dövra xaraba” formasında qeyd edilir.

Kənddə 1831-ci ildə 35 nəfər yalnız azərbaycanlılar yaşamışdır. 1840-cı ildən sonra kənddə Türkiyədən ermənilər köçürülüb yerləşdirilmiş, azərbaycanlılar erməni silahlı birləşmələri tərəfindən tarixi-etnik torpaqlarından tamamilə deportasiya olunmuşlar.

Toponim qədim türk dilində “dağ” mənasında işlənən” tav” sözünə “-ri” şəkilçisinin artırılması ilə əmələ gəlmişdir. Hazırda xarabalıqdır.