Dibəkli

Dibəkli – keçmiş Tiflis quberniyasının Lori-Pəmbək qəzasında, sonralar keçmiş Böyük Qarakilsə (Kirovakan, Quqark) rayonunda, hazırda isə Lori vilayətinin Hallavar kəndi ərazisində dağ.

Toponim “duz, yarma və s. döymək üçün içi oyuq daş” mənasında işlənən “dibək” sözünə “-li” şəkilçisinin birləşməsindən əmələ gəlmişdir.