Daşyataq

Daşyataq – keçmiş Tiflis quberniyasının Borçalı qəzasının, sonralar keçmiş Barana (Noyemberyan) rayonunun, hazırkı Tavuş vilayətinin ərazisində mövcud olmuş qışlaq.

1926-cı ildə burada 7 nəfər azərbaycanlı yaşamışdır. 1930-cu illərdə yaşayış məntəqəsi kimi ləğv edilmişdir.

Toponim “daş” və Azərbaycan dilində “bir şeyin çox olduğu yer”, “mədən” mənasında işlənən “yataq” sözlərinin birləşməsindən əmələ gəlmişdir.