Daşxırman

Daşxırman (Daşxərmən) – keçmiş İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, sonralar keçmiş Keşişkənd (Yeğeqnadzor) rayonunda, hazırkı Vayotsdzor vilayətinin ərazisində mövcud olmuş kənd.

Kənddə 1897-ci ildə 23 nəfər, 1904-cü ildə 82 nəfər, 1914-cü ildə 90 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələrinin hücumuna və kütləvi qırğınlarına məruz qoyulmaqla  kənddən qovulmuşlar. Sonradan kənd ləğv edilmişdir. Hazırda xarabalıqdır.

Toponim qədim türk dilində “kənar, uzaq” mənasında işlənən “daş” sözü ilə türk dilində “qala, şəhər” mənasında işlənən “xırman” (əsli “kerman//kermen”) sözündən əmələ gəlmişdir.