Daşqala

Daşqala – keçmiş İrəvan quberniyasının Aleksandropol qəzasında, sonralar keçmiş Ağin (Ani) rayonunda, hazırda isə Şirak vilayətində kənd. Vilayət mərkəzi Gümrü şəhərindən 32 km məsafədə, dəniz səviyyəsindən 1900 m hündürlükdə yerləşir. Kənddə əvvəlcə azərbaycanlılar yaşamış, ermənilərin bölgədə məskunlaşdırılmasından sonra əhalisi kəndi tərk etmişdir.

Toponim Azərbaycan dilində “qaya, dağ” mənasında işlənən “daş” sözü ilə “möhkəm müdafiə tikilisi, istehkam” mənasında işlənən “qala” sözünün birləşməsindən əmələ gəlmişdir. Orotoponimdir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3 fevral 1947-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Karaberd” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Şirak vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°54′ şm. e., 43°82′ ş. u.