Daşnov

Daşnov – keçmiş İrəvan quberniyasının İrəvan qəzasında, sonralar keçmiş Vedi (Ararat) rayonunun, hazırkı Ararat vilayətinin ərazisində mövcud olmuş kənd. Vedibasar mahalının Cığındərə bölgəsində, Böyük vedi kəndininşərqində yerləşirdi.

Kənddə 1931-ci ildə 72 nəfər azərbaycanlı yaşamışdır. 1937–1948-ci illərdə Qarabağlar rayonunun tərkibində olmuşdur. SSRİ Nazirlәr Sovetinin “Kolxozçuların vә digәr azәrbaycanlı әhalinin Ermәnistan SSR-dәn Azәrbaycan SSR-in Kür-Araz ovalığına köçürülmәsi haqqında” 23 dekabr 1947-ci il tarixli qərarına əsasən kəndin azərbaycanlı əhalisi zorla Azərbaycana deportasiya edilmişdir. Deportasiya edilənlərin bir qismi sonradan doğma kəndlərinə qayıda bilmişdi. Bundan sonra kənd ləğv edilimişdir. Hazırda xarabalıqdır.

Toponim Azərbaycan dilində “bərk cisim, süxur” mənasında işlənən “daş” sözü ilə “su axıtmaq üçün dəmirdən, ağacdan, daşdan yarımdairə şəklində düzəldilmiş su yolu, arx, kanal” mənasında işlənən “nov” sözünün birləşməsindən əmələ gəlmişdir.