Daşnov

Daşnov – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonralar keçmiş Qafan rayonunda, hazırkı Sünik vilayətinin ərazisində mövcud olmuş kənd. Kəndin digər adı “Daşnav” olmuşdur. Qafan şəhərindən 18 km şimal-şərqdə yerləşirdi. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.

Kənddə 1831-ci ildə 18 nəfər, 1873-cü ildə 30 nəfər, 1886-cı ildə 31 nəfər, 1897-ci ildə 30 nəfər, 1904-cü ildə 39 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələrinin hücumuna və kütləvi qırğınlarına məruz qoyulmaqla kənddən qovulmuşlar. Sonradan kənd ləğv edilmişdir. Hazırda xarabalıqdır.

Toponim Azərbaycan dilində “bərk cisim, süxur” mənasında işlənən “daş” sözü ilə “su axıtmaq üçün dəmirdən, ağacdan, daşdan yarımdairə şəklində düzəldilmiş su yolu, arx, kanal” mənasında işlənən “nov” sözünün birləşməsindən əmələ gəlmişdir.