Daşbaşı

Daşbaşı – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonralar keçmiş Qafan rayonunun, hazırkı Sünik vilayətinin ərazisində mövcud olmuş kənd. Qafan şəhərindən 23 km şimal-qərbdə, Gığı çayının sol sahilində yerləşirdi.

Kənddə 1897-ci ildə 53 nəfər, 1922-ci ildə 42 nəfər, 1926-cı ildə 37 nəfər, 1931-ci ildə 65 nəfər, 1986-cı ildə 170 nəfər azərbaycanlı yaşamışdır. 1950-ci ildə Gığı kəndi ilə birləşdirilmişdir. 1988-ci ilin noyabrında sakinləri ermənilərin təcavüzünə məruz qalaraq Ermənistan dövləti tərəfindən didərgin salınmışlar. Hazırda xarabalıqdır.

Toponim Azərbaycan dilində “dağ, qaya” mənasında işlənən “daş” sözü ilə “yuxarı”, “zirvə”, “yüksəklik” mənasında işlənən “baş” sözündən əmələ gəlmişdir.