Daşağan

Daşağan – keçmiş İrəvan quberniyasının Novo-Bəyazid qəzasında, sonralar keçmiş Basarkeçər (Vardenis) rayonunda, hazırda isə Geğarkunik vilayəti ərazisində çay. Sarıyaqub (Cağatsadzor) kəndinin ərazisindən axır.

Hidronim “daş” (daşmaq) feilinə feildən sifət düzəldən “-ağan” şəkilçisinin qoşulması əsasında formalaşmışdır.