Daş Keyti – keçmiş İrəvan quberniyasının Novo-Bəyazid qəzasında, sonralar keçmiş Basarkeçər (Vardenis) rayonunun, hazırkı Geğarkunik vilayətinin ərazisində mövcud olmuş kənd. Daşkeçmişindən 3 kilometr cənubda yerləşmişdir. 1831-ci ildə kənddə 124 nəfər yalnız azərbaycanlılar yaşamışdır. 1850–1860-cı illərdə azərbaycanlılar kənddən qovulmuş və yaşayış məntəqəsi kimi kənd ləğv edilmişdir. Hazırda xarabalıqdır.
Toponim “dağ, qaya” mənasında işlənən daş sözü ilə türk dilində “axır, arxa hissə” mənasında işlənən “ket” sözü əsasında əmələ gəlmişdir