Dardərə

Dardərə – keçmiş Tiflis quberniyasının Lori-Pəmbək qəzasında, sonralar keçmiş Böyük Qarakilsə (Kirovakan, Quqark) rayonunda, hazırda isə Lori vilayəti ərazisində dərə. Aşağı Kilsə və Hallavar kəndlərinin arasında yerləşir.

Toponim Azərbaycan dilində “ensiz” mənasında işlənən “dar” sözü ilə “dərə” sözünün birləşməsindən əmələ gəlmişdir.