Danadamı

Danadamı – keçmiş İrəvan quberniyasının Novo-Bəyazid qəzasında, sonralar keçmiş Çəmbərək (Krasnoselsk) rayonunda, hazırda isə Geğarkunik vilayəti ərazisində dağ. Toxluca (Draxtik) kəndinin şərqində yerləşir.

Toponim heyvan adı bildirən “dana” sözü ilə “tövlə”, “mal-qoyun salınan yer” mənasında işlənən “dam” sözünün birləşməsindən əmələ gəlmişdir.