Danadamı

Danadamı – keçmiş İrəvan quberniyasının Aleksandropol qəzasının, sonralar keçmiş Hamamlı (Spitak) rayonunun, hazırkı Lori vilayətinin ərazisində yaylaq. Saral (Nor Xaçakap) kəndinin ərazisində yerləşir.

Toponim heyvan adı bildirən “dana” sözü ilə “tövlə”, “mal-qoyun salınan yer” mənasında işlənən “dam” sözünün birləşməsindən yaranmışdır.